Rusiya və Venesuela neft hasilatının azaldılması məsələsini müzakirə edib

Rusiya və Venesuela neft hasilatının azaldılması məsələsini müzakirə edib Tərəflər OPEC-in hasilat səviyyəsinin azaldılmasına dair razılaşması çərçivəsində neft bazarında vəziyyəti müzakirə ediblər
Energetika
6 Dekabr , 2016 23:50
Rusiya və Venesuela neft hasilatının azaldılması məsələsini müzakirə edib

Bakı. 6 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin telefonla venesuelalı həmkarı Nikolas Maduro ilə danışıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, tərəflər OPEC-in hasilat səviyyəsinin azaldılmasına dair razılaşması çərçivəsində neft bazarında vəziyyəti müzakirə ediblər.

"Liderlər, həmçinin OPEC-in hasilat səviyyəsinin azaldılmasına dair razılaşması kontekstində dünyanın neft bazarındakı vəziyyət və OPEC ölkələri və digər neft hasil edən dövlətlərin energetika nazirlərinin dekabrın 10-da Vyanada gözlənilən görüşünə dair fikir mübadiləsi aparıblar", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi