Rusiya və Səudiyyə Ərəbistanı neftə tələbatın artdığını qeyd edib

Rusiya və Səudiyyə Ərəbistanı neftə tələbatın artdığını qeyd edib Rusiya və Səudiyyə Ərəbistanı dünya iqtisadiyyatında canlanma olduğunu və neftə olan tələbatın artdığını, habelə qlobal neft saxlanclarının məhdudluğu ilə bağlı narahatlığın zəiflədiyini qeyd edib.
Energetika
13 May , 2020 17:50
Rusiya və Səudiyyə Ərəbistanı neftə tələbatın artdığını qeyd edib

Rusiya və Səudiyyə Ərəbistanı dünya iqtisadiyyatında canlanma olduğunu və neftə olan tələbatın artdığını, habelə qlobal neft saxlanclarının məhdudluğu ilə bağlı narahatlığın zəiflədiyini qeyd edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə iki ölkənin energetika nazirlərinin telefon danışığından sonra Energetika nazirliklərinin yaydığı birgə bəyanatda deyilir.

“Rusiya və Səudiyyə Ərəbistanı iqtisadi və bazar göstəricilərinin yaxşılaşdırılması əlamətlərindən, xüsusən də neftə tələbatın artmasından və müxtəlif ölkələrin ciddi məhdudiyyətlər rejimindən çıxmağa başlaması fonunda qlobal neft saxlanclarının məhdudluğu ilə bağlı narahatlığın zəifləməsindən məmnundurlar”, - bəyanatda vurğulanır.

Qeyd edilir ki, Rusiya və Səudiyyə Ərəbistanı bazar sabitliyinə nail olmaq və neft bazarında balansın bərpasını sürətləndirmək əzmindədir.

Rusiya tərəfi Səudiyyə Ərəbistanı, BƏƏ və Küveytin iyun ayında neft hasilatını bir qədər də azaltmaq niyyətini alqışlayıb və bunu qətiyyətli addımlara bariz nümunə hesab etdiklərini vurğulayıb.

“Tərəflər OPEC+ üzrə tərəfdaşların da bu hədəfləri tam dəstəklədiklərinə və OPEC+ sazişinin müddəalarına əməl edəcəyinə əmindirlər”, - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi