Rusiya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Rusiya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub Rusiya və Azərbaycan enerji sahəsində uzun illər birgə geniş təcrübəyə və ortaq tarixə güvənərək konstruktiv dialoq aparırlar.
Energetika
24 İyun , 2019 17:47
Rusiya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Rusiya və Azərbaycan enerji sahəsində uzun illər birgə geniş təcrübəyə və ortaq tarixə güvənərək konstruktiv dialoq aparırlar.

“Report” Rusiyanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Aleksandr Novak Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla görüşdə bildirib.

İki ölkənin energetika nazirləri enerji sahəsində hazırkı və mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

A.Novak bildirib ki, Rusiya və Azərbaycan arasındakı əməkdaşlıq uzun illərdir mövcuddur və yaxşı qonşuluq və strateji əməkdaşlıq prinsipinə əsaslanır: “Rusiya və Azərbaycan enerji sahəsində çoxtərəfli formatda – MDB ölkələrinin Elektrik Enerjisi Şurasında və OPEC+ formatında da fəal əməkdaşlıq edir. Paralel olaraq neft nəqli ilə bağlı və Rusiyanın neft məhsullarının satışı ilə bağlı da ikitərəfli əməkdaşlıq davam edir. Bu istiqamətdə “Rosneft” və “LUKOil” şirkətləri Azərbaycanda çalışır, “LUKoil” şirkəti, həmçinin “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsində iştirak edir. Əminəm ki, yalnız həmrəyliyimiz və qətiyyətimiz sayəsində ölkələrin yanacaq-enerji komplekslərini inkişaf etdirməkdə və bazarda uzunmüddətli sabitliyin qorunmasında uğur qazanacağıq”.

Son xəbərlər

Orphus sistemi