Bakı. 24 sentyabr. REPORT.AZ/ Rusiya Energetika Naziri Aleksandr Novak bildirib ki, Ukraynaya satılan təbii qazın hər min kubmetrinə görə 20 dollar endirim olacaq. Beləliklə, cari ilin dördüncü rübü üçün qazın satış qiyməti 247 dollar təşkil edəcək.
Nazirin sözlərinə görə, müvafiq təklif Avropa Komissiyasından daxil olub.
Novak ümid edir ki, Ukrayna ilə “qış paketi” müqaviləsi sentyabrın 25-də Moskvada keçiriləcək üçtərəfli görüş (Rusiya, Avropa İttifaqı, Ukrayna) çərçivəsində imzalanacaq.