Yuxarı

​Rusiya Türkiyə üçün qazını ucuzlaşdırır

Endirim nəticəsində Qazprom Türkiyə şirkətlərinə 300 mln. dollar qaytaracaq

Bakı. 5 may. REPORT.AZ/ Rusiyanın "Qazprom" ASC Türkiyənin bir sıra özəl şirkətlərinə endirim edib. Dövlətə aid "BOTAŞ" şirkəti ilə isə razılaşma əldə edilməyib.

"Report"un verdiyi xəbərə görə, "Enerco Energy", "Bosphorus Gas", "Avrasya Gas", "Shell", "Batı Hattı", "Akfel Gas" və "Kibar Enerji" şirkətləri endirimdən sonra ilin ilk rübündə aldıqları qazın hər 1 000 kubmetrinə görə 300 dollar (endirim təxminən 25%), ikinci rübdə isə daha 15% endirimlə 260 dollar ödəyəcək. Rusiyadan idxal olunan qazın 1/3-i məhz özəl sektorun payına düşür.

Qeyd edək ki, buna qədər qazın qiyməti 374 dollar/1 000 kubmetr olub və bu Avropadakı bazar qiymətini belə xeyli üstələyirdi. Yeni müqavilənin şərtləri geri tarixlə həyata keçiriləcək və şərtlərə 1 yanvar 2015-ci ildən əməl olunacaq. Bununla da "Qazprom" ASC Türkiyə şirkətlərinə 250-300 mln. dolları geri ödəyəcək.

"BOTAŞ" ilə isə 10,25% anlaşma əldə olunsa da, Türkiyə tərəfi razılaşmanın baza qiymətinə şamil edilməsini istəyir. "Qazprom" isə endirimin müqavilə imzalanan gündən qüvvəyə minməsinin tərəfdarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi