Rusiya şirkətləri OPEC+ sayəsində külli miqdarda qazanc əldə edib

Rusiya şirkətləri OPEC+ sayəsində külli miqdarda qazanc əldə edib Bakı. 13 dekabr. REPORT.AZ/ OPEC+ formatının mövcud olduğu müddət ərzində Rusiya neft şirkətləri əlavə olaraq 30 milyard dollaradək mənfəət əldə edib.
Energetika
13 Dekabr , 2018 14:48
Rusiya şirkətləri OPEC+ sayəsində külli miqdarda qazanc əldə edib

Bakı. 13 dekabr. REPORT.AZ/ "OPEC+ formatının mövcud olduğu müddət ərzində Rusiya neft şirkətləri əlavə olaraq 30 milyard dollaradək mənfəət əldə edib".

“Report” xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak “Rossiya24” telekanalına müsahibəsində bildirib.

“İki il yarım müddətində Rusiya Federasiyasının büdcəsi əlavə olaraq 5 trilyon rubl, neft şirkətləri isə 2 trilyon rubladək vəsait əldə edib. Bu da vəziyyəti, o cümlədən büdcəmizi sabitləşdirmək imkanı yaradaraq qismən iqtisadi artıma rəvac verib”, – nazir deyib.

Son xəbərlər

Orphus sistemi