​Rusiya şirkəti Azərbaycandan elektrik enerjisi idxalını azaldıb

​Rusiya şirkəti Azərbaycandan elektrik enerjisi idxalını azaldıb Cari ilin 9 ayı ərzində idxal 11,8% aşağı düşüb
Energetika
20 Oktyabr , 2015 08:41
​Rusiya şirkəti Azərbaycandan elektrik enerjisi idxalını azaldıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Rusiyanın iri energetika şirkəti "İnter RAO" ASC cari ilin 9 ayı ərzində istehsal göstəricilərini açıqlayıb.

"Report" xəbər verir ki, göstərilən dövr ərzində şirkətin ümumi elektrik enerjisi istehsalı 93,5 milyard kVt/saat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,8% azdır.

Hesabatda şirkətin ixrac və idxal göstəriciləri də yer alıb. Belə ki, şirkətin elektrik enerjisi ixracı kəskin artdığı halda, idxal analoji dövr ərzində 56,9% düşərək 1,2 mlrd kVt*saata çatıb. İdxal, xüsusilə Qazaxıstandan 67,9% və ya 0,8 mlrd kVt*saatadək, Azərbaycandan 11,8% və ya 83 mln kVt*saatadək, Belarusdan isə 77,6% və ya 58 min kVt*saatadək azalıb.

Son xəbərlər

Orphus sistemi