Rusiya, Səudiyyə Ərəbistanı və Qazaxıstan energetika nazirləri görüşüb

Rusiya, Səudiyyə Ərəbistanı və Qazaxıstan energetika nazirləri görüşüb Görüşdə tərəflər neft bazarındakı hazırkı vəziyyəti müzakirə ediblər
Energetika
10 İyun , 2017 18:00
Rusiya, Səudiyyə Ərəbistanı və Qazaxıstan energetika nazirləri görüşüb

Bakı. 10 iyun. REPORT.AZ/ Bu gün Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falihi və Qazaxıstanın energetika naziri Kanat Kozumbayev arasında görüş keçirilib.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, görüşdə tərəflər neft bazarındakı hazırkı vəziyyəti müzakirə ediblər.

Görüşdə nazirlər həmçinin OPEC və qeyri-OPEC ölkələri arasında hasilatın azaldılması ilə bağlı razılaşmanın yerinə yetirilməsi üçün öhdəliklərini təsdiqləyiblər.

Rusiyanın energetika naziri jurnalistlərə bildirib ki, tərəflər bazarın tənzimlənməsi üçün birgə işləyəcək.

Son xəbərlər

Orphus sistemi