Rusiya neftinin dəniz limanları ilə tədarükü kəskin azalacaq

Rusiya neftinin dəniz limanları ilə tədarükü kəskin azalacaq 2020-ci ildə “Urals” və Şərqi Sibir və Sakit Okean boru kəməri ilə nəql edilən Sibir nefti markaların ixracı ötən ilə nisbətdə ən azı 17,11 mln ton azala bilər.
Energetika
895
12 Noyabr , 2020 14:02
Rusiya neftinin dəniz limanları ilə tədarükü kəskin azalacaq

2020-ci ilin nəticələrinə görə, dəniz yolu ilə ixraca göndərilən “Urals” və Şərqi Sibir və Sakit Okean boru kəməri ilə nəql edilən Sibir nefti markası ötən ilə nisbətdə ən azı 17,11 mln ton və ya 113,75 mln tona qədər azala bilər.

“Report”un məlumatına görə, bu barədə “Argus”un ilkin hesabatında qeyd edilir.

Bildirilir ki, ilin nəticələrinə əsasən faktiki tədarük daha aşağı ola bilər. Belə ki, noyabr ayında bu neft növlərinin ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 25,1 mln ton azalaraq 95,7 mln ton təşkil edə bilər.

İxracın azalmasının əsas səbəbi yeni OPEC+ müqaviləsi çərçivəsində neft hasilatında kəskin məhdudiyyətin olmasıdır. Bundan əlavə, keçən il xam malın üzvi xlor birləşmələri ilə çirklənməsi səbəbindən “Urals” neftinin “Drujba” magistral neft kəməri ilə nəql edilməsində yaranan fasilələr səbəbindən tanker xam neftinin daşınması artım səviyyəsində olub.

İlin nəticələrinə əsasən, ən nəzərə çarpan eniş “Urals”ın dəniz ixracında qeydə alınacaq. Belə ki, keçən ilə nisbətən bu rəqəm ən az 16,85 mln ton azalaraq 80,83 mln tona çatacaq. Bu, 2003-cü ildən bu yana Rusiya limanlarından tədarük edilən minimum həcm olacaq. Həmin dövrdə ixrac 65,35 mln ton təşkil edib.

Faktiki tədarük isə daha aşağı ola bilər. Belə ki, bu ilin yanvar-noyabr ayları ərzində “Urals”ın tədarükü ötən ilin analoji dövrü ilə müqayisədə 25,23 mln ton – 65,32 mln tona qədər azalacaq.

Məlumatda deyilir ki, dekabr ayında tədarükdə kəskin artımın olması ehtimalı çox azdır.

Son xəbərlər

Orphus sistemi