Rusiya neft hasilatının azaldılması barədə razılaşmaya əməl edəcək

Rusiya neft hasilatının azaldılması barədə razılaşmaya əməl edəcək
Energetika
18 May , 2020 17:18
Rusiya neft hasilatının azaldılması barədə razılaşmaya əməl edəcək

Rusiya neft hasilatının azaldılmasına dair OPEC+ çərçivəsində əldə edilən razılaşmaya ciddi əməl edəcək.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Aleksandr Novak bildirib.

Nazir hazırda dünya neft bazarının əvvəlki vəziyyətə qayıtdığını, neftə tələbatın get-gedə artdığını qeyd edib.

Xatırladaq ki, aprelin 12-də OPEC+ formatının iştirakçısı olan ölkələr uzun müzakirələrdən sonra may-iyun aylarında hasilatı (2018-ci ilin oktyabr səviyyəsinə nisbətən) 9,7 milyon barel həcmində azaltmaq barədə yeni razılığa gəliblər. Sonrakı dövrdə ilin sonunadək azaltmanın həcmi 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 5,8 milyon barel nəzərdə tutulur. Bu razılaşma çərçivəsində Rusiya may-iyun ayları ərzində hasilatı 2,5 milyon barel azaldaraq 8,5 milyon barel səviyyəsinədək endirməyi nəzərdə tutur.