Yuxarı

​Rusiyalı nazir: "Türk axını" ilə bağlı hər hansı qərar qəbul etmək çox çətindir"

Bunun səbəbi isə Türkiyədə yeni hökumətin formalaşması məsələlərinin həll edilməməsi ilə bağlıdır

Bakı. 31 avqust. REPORT.AZ/ Türkiyədə yeni hökumətin formalaşması məsələləri həll edilmədiyi təqdirdə "Türk axını" layihəsi ilə bağlı hər hansı qərar qəbul etmək çox çətindir. "Report" xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə açıqlamasında deyib.

A.Novak iyun ayından sonra rəsmi Ankaradan layihə ilə bağlı heç bir təklif almadıqlarını qeyd edib: "Layihə ilə bağlı hökumətlərarası görüş bu ilin iyununda keçirilib. Bu baxımdan Türkiyə tərəfindən iyundan bəri hələ yeni bir məlumat almamışıq. Məncə, Türkiyədə hökumətlə bağlı məsələlər öz həllinin tapmayınca, layihə ilə bağlı hər hansı qərar qəbul etməyimiz mümkün deyil. Amma türkiyəli həmkarlarımızla seçki dövründə də danışıqlarımız davam edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi