Yuxarı

​Rusiya ixrac qazının satış qiymətini azaldır

Lakin 2017-2018-ci illərdə qiymətin nisbətən artacağı proqnozlaşdırılır

Bakı. 11 sentyabr. REPORT.AZ/ Rusiya İqtisadi İnkişaf Nazirliyi (İİN) ixrac qazının 2016-2018-ci illərdə orta qiymətinin 162-194 ABŞ dolları/1 000 kubmetr olacağını proqnozlaşdırır.

"Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, nazirlik bunu "Urals" markalı neftin qiymətinin aşağı səviyyədə qalması ilə əlaqələndirib. Qeyd edək ki, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev "Ural" markalı neftin qiymətinin yaxın üç ildə 60 dollar/barel həddini keçməyəcəyini proqnozlaşdırıb.

İİN-in proqnozunda 2016-cı il üçün ixrac qazının orta satış qiyməti 162 dollar/1 000 kubmetr, 2017-2018-ci illər üçün isə müvafiq olaraq 184 və 194 dollar/1 000 kubmetr səviyyəsində nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya qazının 2014-cü ildə orta ixrac qiyməti 351 dollar, 2015-ci ildə isə 237 dollar olub. Nazirlik qaz satışını 2018-ci ilə qədər 170,2 mlrd. kubmetrdən 184 mlrd. kubmetrə çatdırmağı planlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi