Rusiya Hesablama Palatasının rəhbəri: "Neftin kəskin ucuzlaşması müvəqqətidir"

Rusiya Hesablama Palatasının rəhbəri: "Neftin kəskin ucuzlaşması müvəqqətidir" Bakı. 22 noyabr. REPORT.AZ/ "Son vaxtlar neftin qiymətinin kəskin ucuzlaşması müvəqqətidir, amma bir neçə ay davam edə bilər".
Energetika
22 Noyabr , 2018 15:22
Rusiya Hesablama Palatasının rəhbəri: Neftin kəskin ucuzlaşması müvəqqətidir

Bakı. 22 noyabr. REPORT.AZ/ "Son vaxtlar neftin qiymətinin kəskin ucuzlaşması müvəqqətidir, amma bir neçə ay davam edə bilər".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avrasiya İnkişaf Bankının keçirdiyi konfrans zamanı Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin deyib.

Qeyd edək ki, 20 noyabr tarixində Londonun İCE birjasındakı hərracda “Brent” markalı neft yanvar ayında tədarük edilmək şərtilə 7,8 faiz ucuzlaşaraq bir bareli 61,97 ABŞ dollarına satılıb.

Son xəbərlər

Orphus sistemi