Rusiya enerji infrastrukturunun modernləşdirilməsində Azərbaycana kömək edə bilər.
"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Rusiya və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın plenar iclasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
O qeyd edib ki, Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması davam edir: “Bundan başqa, biz Azərbaycanla qeyri-enerji atomu sahəsində əməkdaşlığa hazırıq. Bu il Azərbaycanda keçiriləcək 11-ci Rusiya-Azərbaycan Regionlararası Forumunda görüşmək üçün daha bir əsaslı səbəbimiz olacaq”.
Baş nazirin müavini qeyd edib ki, Hökumətlərarası Komissiya çərçivəsində sıx və nəticəyönümlü dialoq strateji vəzifələrin həllinə, o cümlədən Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə töhfə verəcək.