Energetika nazirinin müavini: "Rusiya OPEK + razılaşmasının həyata keçirilməsinə sadiqdir"

Energetika nazirinin müavini: "Rusiya OPEK + razılaşmasının həyata keçirilməsinə sadiqdir" OPEC və OPEC+ ölkələrinin ötən ilin dekabrında qəbul etdiyi qərar neft bazarına sabitlik gətirib
Energetika
18 Mart , 2019 11:28
Energetika nazirinin müavini: Rusiya OPEK + razılaşmasının həyata keçirilməsinə sadiqdir
0 : 00
0 : 00

"Rusiya OPEK + razılaşmasının həyata keçirilməsinə sadiqdir və ölkənin neft istehsalının göstəriciləri buna sübutdur. Rusiya əməkdaşlıq sahəsində səylərini davam etdirəcək".

“Report" xəbər verir ki, bunu Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının açılışında çıxış edən Rusiya energetika nazirinin müavini Pavel Sorokin bildirib.

P.Sorokinin sözlərinə görə, OPEC və OPEC+ ölkələrinin ötən ilin dekabrında qəbul etdiyi qərar neft bazarına sabitlik gətirib:

"Həmçinin bu qərar neft bazarının gələcəyinə, dayanıqlı inkişafına zəmin yaradır. Rusiya dekabrda qəbul edilən bu qərarları dəstəkləyir".

Son xəbərlər

Orphus sistemi