Yuxarı
    Bağlamaq

    ​Rusiya Belarusa tədarük etdiyi təbii qazın qiymətini aşağı salır

    Belarus hər il Rusiyadan 22 milyard kub metr mavi yanacaq alır

    Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiya Belarus üçün təbii qazın min kub metrinin qiymətini 168 dollardan 154-155 dollaradək aşağı salacaq.

    "Report" "UNİAN"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov bildirib.

    Bununla bağlı yeni müqavilə imzalanacaq.

    Belarus baş nazirinin birinci müavini Vladimir Semaşko bu yaxınlarda bildirib ki, ölkəsi hər il Rusiyadan 22 milyard kub metr "mavi yanacaq" alır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi