Rusiya Azərbaycandan aviasiya yanacağı idxalını 130 dəfə artırıb
- 15 aprel, 2022
- 10:14
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 8,2 milyon ABŞ dolları dəyərində 10 min 809 ton aviasiya yanacağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 210 dəfə, kəmiyyət olaraq – 216 dəfə artıb.
Hesabat dövründə Lüksemburqa 2,65 milyon ABŞ dolları dəyərində 4 min 246 ton, Gürcüstana 2,04 milyon ABŞ dolları dəyərində 2 min 599 ton, Rusiyaya 1,11 milyon ABŞ dolları dəyərində 1 min 247 ton, Türkiyəyə 938,9 min ABŞ dolları dəyərində 1 min 049 ton, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 443,49 min ABŞ dolları dəyərində 492,76 ton məhsul satıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 153 dəfə və 130 dəfə artıb. Ötən ilin ilk iki ayında Lüksemburq, Gürcüstan, Türkiyə və BƏƏ-yə aviasiya yanacağı ixrac edilməyib.