Rusiya apreldə də OPEC+ sazişini yerinə yetirməyib

Rusiya apreldə də OPEC+ sazişini yerinə yetirməyib Rusiya apreldə neft hasilatını gündəlik olaraq 1,533 mln. tona qədər və ya 11,23 mln. barel azaldıb.
Energetika
30 Aprel , 2019 13:43
Rusiya apreldə də OPEC+ sazişini yerinə yetirməyib
REUTERS/ Heinz-Peter Bader

Rusiya apreldə neft hasilatını gündəlik olaraq 1,533 mln. tona qədər və ya 11,23 mln. barel azaldıb.

“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bununla da Rusiya OPEC+ sazişinin şərtlərini yerinə yetirməmiş olub.

OPEC+ razılaşmasına əsasən, Rusiya gündəlik neft hasilatını 2018-ci ilin oktyabr ayı səviyyəsindən (11,4 mln. barel) 228 min barel azaltmalıdır. Apreldə isə Rusiya neft hasilatını 2018-ci ilin oktyabr ayına nisbətdə 170 min barel/gün azaldıb. Beləliklə, Rusiya OPEC+ sazişini yerinə yetirmək üçün hasilatı gündəlik olaraq daha 58 min barel azaltmalıdır.

Bundan bir qədər öncə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Rusiya OPEC+ tərəfindən müəyyən edilmiş hasilat göstəricilərinə martın sonunda – aprelin əvvəlində çıxa biləcək. Aprelin əvvəlində hasilat kəskin azalıb, ancaq ayın ortalarında isə düşmə templəri sabitləşdirilib.

Neft istehsalının azalmasını Rusiyanın demək olar bütün neft şirkətləri təmin edirlər. 

Son xəbərlər

Orphus sistemi