Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiyanın Energetika Nazirliyi ümid edir ki, beynəlxalq neft bazarı artıq cari ildə tarazlaşa bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə bazar günü Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
"Ümumilikdə [neftin qiyməti] bu il balanslaşmalıdır, nə vaxt – onu zaman göstərəcək. Hələlik qalıqların (neft ehtiyatlarının – red.) azalması yaxşıdır, bütün dünyada qalıqların azalması davam edir", - deyə Novak əlavə edib.
Onun sözlərinə görə, Rusiya şirkətləri neft qiymətlərinin qalxmasına baxmayaraq, hələ ki, bahalı neft layihələrinə qayıtmaq niyyətində deyillər.