Yuxarı

​Rumıniyada SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi açılıb

Məntəqədə quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin edilməsinə şərait yaradır

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Rumıniyanın Sibiu şəhərində SOCAR brendi ilə istifadəyə verilən bu ölkədə 32-ci yanacaqdoldurma məntəqəsinin açılışı olub. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

YDM-in açılış mərasimində SOCAR-ın Rumıniya nümayəndəliyi və “SOCAR Petroleum SA” şirkətinin əməkdaşları, Sibiu Şəhər İcra Hakimiyyəti və yerli dövlət qurumlarının nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər. YDM-də Ai-95, Dizel Euro-5 və Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Məntəqədə quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin edilməsinə şərait yaradır.

Digər YDM-lərdə olduğu kimi, burada da müştərilərə "Nar" kafedə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur. 

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 15 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud və Sibiuda yanacaqdoldurma məntəqələrinə malikdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi