Rumıniyanın "Comes" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığı genişləndirmək istəyir.
Bu barədə “Report”a açıqlamasında Rumıniya şirkətinin satış müdiri Vadim Lebed məlumat verib.
Onun sözlərinə görə, bununla şirkət Azərbaycandakı fəaliyyətini genişləndirməyi planlaşdırır.
"Comes” təzyiq altında işləyən avadanlıqların istehsalı ilə məşğuldur və əvvəllər Azərbaycan da daxil olmaqla bir sıra xarici ölkələrə məhsul ixrac edib. Azərbaycan bazarı dinamik inkişaf edir və bizim də bu sahəyə dair baxışlarımız mövcuddur”, - deyə V.Lebed qeyd edib.
Onun sözlərinə görə, şirkət neft-qaz, kimya və qaz sənayesinə avadanlıqlar təklif edir: “Əvvəllər SOCAR-ın Metanol zavoduna böyük həcmli istilik dəyişdiriciləri təhvil vermişik. Hazırda yenidən əməkdaşlığın qurulması ilə bağlı niyyətimiz var. Gələcəkdə "SOCAR Turkey" ilə də əməkdaşlıq qurmaqda maraqlıyıq".