Rumıniya-Serbiya Qaz İnterkonnektorunun tikintisinə dair memorandum imzalanıb

Rumıniya-Serbiya Qaz İnterkonnektorunun tikintisinə dair memorandum imzalanıb Rumıniyanın energetika naziri Sebastyan Burduja və Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Dedoviç-Handanoviç iki ölkə arasında qaz interkonnektorunun tikintisi layihəsi haqqında Anlaşma Memorandumu imzalayıblar.
Energetika
5 Avqust , 2024 18:03
Rumıniya-Serbiya Qaz İnterkonnektorunun tikintisinə dair memorandum imzalanıb

Rumıniyanın energetika naziri Sebastyan Burduja və Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Dedoviç-Handanoviç iki ölkə arasında qaz interkonnektorunun tikintisi layihəsi haqqında Anlaşma Memorandumu imzalayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Energetika Nazirliyi məlumat yayıb.

Layihə Serbiyanın Mokrin kəndi yaxınlığında yerləşən texnoloji qovşağın Rumıniyadakı BRUA (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya) qaz kəməri ilə birləşdirilməsini nəzərdə tutur.

Rumıniya və Serbiya gələn il interkonnektorun tikintisinə başlamağı və 2028-ci ilə qədər başa çatdırmağı planlaşdırır.

“Layihə təchizat marşrutlarının şaxələndirilməsi yolu ilə hər iki ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi və regional bazar inteqrasiyasında irəliyə doğru mühüm addımdır”, - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi