Rumıniya Rusiyadan qaz idxalından imtina edir

Rumıniya Rusiyadan qaz idxalından imtina edir Rusiya qazının idxalından imtina xüsusi istehlakın azalması sayəsində mümkün olub
Energetika
21 Mart , 2015 14:15
Rumıniya Rusiyadan qaz idxalından imtina edir

Bakı. 21 mart. REPORT.AZ/ Rumıniya bu ilin aprel ayında Rusiyadan qaz idxalından imtina edəcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rumıniya mətbuatında bildirilib. 

"Есоnomica" nəşrində qeyd olunub ki, Rusiya qazının idxalından imtina sənayenin xüsusi istehlakı azaltması, eləcə də  enerji effektivliyinə sərmayələr sayəsində mümkün olub.

"Rumıniya son onilliklərdə ilk dəfə olaraq təbii qazın idxalından imtina edə bilib. 2015-ci ilin aprel ayında, eləcə də sonrakı bir neçə ayda əhalinin tələbatları tamamilə daxili ehtiyatlar hesabına ödəniləcək", - nəşr yazır.