Rumıniya nüvə enerjisinin həyata keçirilməsində regional lider olmaq niyyətindədir.
“Report” xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.
“Rumıniya nüvə enerjisi əməliyyatları və yerləşdirilməsi üzrə regional lider, işçi qüvvəsinin inkişafı mərkəzi və nüvə enerjisi təchizatı şəbəkələri üçün mərkəz olmaq niyyətindədir”, - o vurğulayıb.
O, həmçinin qeyd edib ki, Rumıniyanın iqlim dəyişikliyi və enerji strategiyası bərpa olunan mənbələr və nüvə enerjisinə əsaslanan enerji qarışığını nəzərdə tutur.