Ruhani OPEC-in hasilatın azaldılması barədə qərarını şərh edib

Ruhani OPEC-in hasilatın azaldılması barədə qərarını şərh edib Bakı. 10 dekabr. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani bildirib ki, OPEC-in neft hasilatının azaldılması barədə qərarı ABŞ-ın müdaxilə siyasətini uğursuzluğa düçar etdi.
Energetika
10 Dekabr , 2018 05:34
Ruhani OPEC-in hasilatın azaldılması barədə qərarını şərh edib

Bakı. 10 dekabr. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani bildirib ki, OPEC-in neft hasilatının azaldılması barədə qərarı ABŞ-ın müdaxilə siyasətini uğursuzluğa düçar etdi.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

"ABŞ-ın OPEC-in işlərinə müdaxilə və balansı pozmaq cəhdlərinə baxmayaraq, üzv ölkələrin müqaviməti və neft nazirinin (İranın neft naziri Bijan Zanqane - red.) səyləri sayəsində onların planları uğursuz oldu", - deyə İran prezidenti bildirib.

Bundan əvvəl OPEC-ə üzv ölkələr gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi