“Royal Dutch Shell” şirkəti Nigeriyada neft sızmasına görə 80 milyon dollardan artıq cərimə ödəyəcək

“Royal Dutch Shell” şirkəti Nigeriyada neft sızmasına görə 80 milyon dollardan artıq cərimə ödəyəcək “Royal Dutch Shell” rəsmiləri daha əvvəl 2 böyük neft sızması faktı ilə bağlı məsuliyyəti qəbul etmişdilər
Energetika
7 Yanvar , 2015 05:43
“Royal Dutch Shell” şirkəti Nigeriyada neft sızmasına görə 80 milyon dollardan artıq cərimə ödəyəcək

Bakı. 7 yanvar. REPORT.AZ/ Böyük Britaniya və Hollandiyanın müştərək neft şirkəti olan “Royal Dutch Shell” Nigeriyanın cənubunda neftin ətraf mühitə sızması səbəbi ilə 83,5 milyon dollar məbləğində cərimə ödəməli olacaq.

"Report" Associated Press agentliyinə istinadla xəbər verir ki, cərimənin əksər hissəsi zərər çəkmiş fermerlər arasında paylaşdırılacaq.

Qeyd edək ki, “Royal Dutch Shell” rəsmiləri daha əvvəl Nigeriyanın cənubunda 2 böyük neft sızması faktı ilə bağlı məsuliyyəti qəbul etmişdilər.

Son xəbərlər

Orphus sistemi