Rövşən Nəcəf: “SOCAR-ın əsas hədəflərindən biri dekarbonizasiyaya nail olmaqdır”

Rövşən Nəcəf: “SOCAR-ın əsas hədəflərindən biri dekarbonizasiyaya nail olmaqdır” SOCAR rəhbəri həmçinin ətraf mühitin qorunmasının əhəmiyyətini vurğulayaraq neft-qaz əməliyyatlarında da bu amillərin nəzərə alındığını qeyd edib
Energetika
3 İyul , 2023 10:44
Rövşən Nəcəf: “SOCAR-ın əsas hədəflərindən biri dekarbonizasiyaya nail olmaqdır”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsas hədəflərindən biri dekarbonizasiyaya nail olmaqdır.

“Report” xəbər verir ki, bunu ADA Universitetində keçirilən 17-ci “Baku Summer Energy School”un açılışında çıxış edən SOCAR prezidenti Rövşən Nəcəf deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq etibarlı tərəfdaş kimi bir çox ölkələrin etimadını qazanıb: “Hesab edirəm ki, doğru yol seçməsən hədəfə çata bilməzsən. Bizim üçün enerji təhlükəsizliyi də mühüm əhəmiyyətə malikdir. Etibarlı tərəfdaş kimi etimad qazanmış Azərbaycan ötən illərdə bir sıra ölkələri təbii qazla təmin edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol artmaqdadır”.

SOCAR rəhbəri həmçinin ətraf mühitin qorunmasının əhəmiyyətini vurğulayaraq neft-qaz əməliyyatlarında da bu amillərin nəzərə alındığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi