Rövnəq Abdullayev Pakistanın neft və təbii ehtiyatlar naziri ilə görüşüb

Rövnəq Abdullayev Pakistanın neft və təbii ehtiyatlar naziri ilə görüşüb Görüşdə SOCAR-la Pakistan şirkətləri arasında əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb
Energetika
8 Noyabr , 2016 19:33
Rövnəq Abdullayev Pakistanın neft və təbii ehtiyatlar naziri ilə görüşüb

Bakı. 8 noyabr. REPORT.AZ/ SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabidə keçirilən Beynəlxalq Neft Sərgisi və Konfransı çərçivəsində noyabırn 8-də Pakistanın neft və təbii ehtiyatlar naziri Şahid Xaqan Abbasi ilə görüşüb.

"Report" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) istinadən xəbər verir ki, Rövnəq Abdullayev Azərbaycan və Pakistanın dost ölkələr olduğunu, qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib. 

SOCAR prezidenti Azərbaycan neft-qaz sənayesinin son nailiyyətləri, şirkətin həyata keçirdiyi qlobal və regional layihələr barədə məlumat verərək bildirib ki, bu layihələr beynəlxalq miqyasda enerji təhlükəsizliyinin inkişafına xidmət edir. 

Son illər SOCAR-ın beynəlxalq enerji bazarına inamla daxil olduğunu söyləyən Rövnəq Abdullayev şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramları haqqında da ətraflı söz açıb. 

Pakistanlı nazir əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib, görüşdə SOCAR-la Pakistan şirkətləri arasında əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər neft və qaz sənayesinin müxtəlif sahələri, o cümlədən neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.

Son xəbərlər

Orphus sistemi