Yuxarı

Rövnəq Abdullayev: "Biz gözləyirik ki, neftin qiyməti 65-75 dollar arasında dəyişəcək"

Neftin barelinin 70 dollardan yuxarı olması SOCAR-ın normal fəaliyyət göstərməsinə problem yaratmır

Bakı. 22 iyul. REPORT.AZ/ Neftin qiyməti iqtisadi amillərdən çox siyasi amillərdən asılıdır. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

SOCAR rəsmisinin sözlərinə görə, neftin maya dəyəri 60 dollardan aşağı düşəndə bu sahədəki işlərin də 50%-ə qədəri dayandırılmasına səbəb olub.
"Biz gözləyirik ki, qarşıdakı 1-2 il ərzində neftin qiyməti 65-75 dollar arasında dəyişəcək. Neftin barelinin 70 dollardan yuxarı olması SOCAR-ın normal fəaliyyət göstərməsinə problem yaratmır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi