Yuxarı

Rövnəq Abdullayev: "Azərbaycan Gürcüstana əlavə 500 mln. kubmetr qaz ötürəcək"

Qazın 70%-i qışda, 30%-i yayda nəql olunacaq

Bakı. 29 fevral. REPORT.AZ/ "Əvvəl biz Gürcüstana satdığımız qazın 60%-ni qışda, 40%-ni isə yayda ötürürdük. Amma indi biz 70%-i qışda, 30%-i yayda ötürəcəyik". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev "Şahdəniz" konsorsiumu ilə razılığa gəlindiyini və əlavə 500 mln. kubmetr həcmində təbii qazın da Gürcüstana bu yolla ötürüləcəyini deyib.

"Bilirsiniz ki, "Şahdəniz"də bizim 500-700 mln. kubmetrə qədər əlavə qaz istifadə etmək, yaxud onu Türkiyə və Gürcüstan bazarında satmaq imkanımız var. Məhz ona görə də boru xəttində əlavə yer ayırdıq ki, 500 mln. kubmetrə qədər əlavə qazı Gürcüstana sataq. Əvvəl yalnız 800 mln. kubmetrə qədər "Şahdəniz" qazı satırdıq. Amma indi imkan yaranıb ki, bunu 1,5 mlrd. kubmetrə çatdıraq", - deyə SOCAR başçısı vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi