​Rövnəq Abdullayev: "Azərbaycan bu il neft hasilatını artırmayacaq"

​Rövnəq Abdullayev: "Azərbaycan bu il neft hasilatını artırmayacaq" "Ölkədə hasilat ötənilki səviyyədən yuxarı olmayacaq"
Energetika
6 Mart , 2016 18:11
​Rövnəq Abdullayev: Azərbaycan bu il neft hasilatını artırmayacaq

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan bəzi OPEK ölkələrinin neft hasilatının dondurulmasına dair təşəbbüsünü dəstəkləyir.

"Report" xəbər verir ki, bunu ANS telekanalına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə addımlar atılıb.

"Açıq söyləyim ki, biz artıq bu mövqeyə qoşuluruq. 2016-cı ildə biz neft hasilatını dondurmaq, yəni eyni səviyyədə saxlamaq fikrindəyik və artım layihələrini artıq saxlamışıq. Azərbaycanda neft hasilatı ötənilki səviyyədən yuxarı olmayacaq", - deyə SOCAR prezidenti bildirib.

2015-ci ildə ölkə ərazisində neft hasilatı 41,689 mln. ton təşkil edib. Bu il hasilat 40,7 mln. ton səviyyəsində proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi