Rövnəq Abdullayev: "Azərbaycan bu il neft hasilatını artırmayacaq"
Energetika
- 06 mart, 2016
- 14:11
Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan bəzi OPEK ölkələrinin neft hasilatının dondurulmasına dair təşəbbüsünü dəstəkləyir.
"Report" xəbər verir ki, bunu ANS telekanalına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə addımlar atılıb.
"Açıq söyləyim ki, biz artıq bu mövqeyə qoşuluruq. 2016-cı ildə biz neft hasilatını dondurmaq, yəni eyni səviyyədə saxlamaq fikrindəyik və artım layihələrini artıq saxlamışıq. Azərbaycanda neft hasilatı ötənilki səviyyədən yuxarı olmayacaq", - deyə SOCAR prezidenti bildirib.
2015-ci ildə ölkə ərazisində neft hasilatı 41,689 mln. ton təşkil edib. Bu il hasilat 40,7 mln. ton səviyyəsində proqnozlaşdırılır.
Rövnəq Abdullayev: "Azərbaycan bu il neft hasilatını artırmayacaq"
Son xəbərlər
17:56
Ukraynanın Bryanska zərbəsi nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb
Region17:54
Foto
Kəlbəcər sakini: Tunel qarşısında qətliam ailəmizin həyatında ən dəhşətli və unudulmaz gündür
Daxili siyasət17:49
Foto
Azərbaycan banklarında dayanıqlı ekosistem formalaşdırılması müzakirə edilib
Maliyyə17:48
Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq
Digər ölkələr17:37
Azərbaycan iki ayda Türk dövlətləri ilə 1,3 milyard dollarlıq ticarət aparıb
Biznes17:34
Mişenko: Ukrayna Azərbaycanla tərəfdaşlığın gücləndirilməsinə ümid edir
Xarici siyasət17:29
"Fənərbağça"nın prezidenti Sadettin Saran İstanbulda yol qəzasına düşüb
Futbol17:29
Azərbaycanda bayram günlərində hotellərdəki bronların 40 %-i ləğv olunub
Turizm17:26
Foto