"Rosneft"lə BP arasında qaz sahəsində əməkdaşlıq barədə anlaşma imzalanıb

"Rosneft"lə BP arasında qaz sahəsində əməkdaşlıq barədə anlaşma imzalanıb BP "Rosneft"in hasil etdiyi qazı Avropaya satacaq
Energetika
2 İyun , 2017 19:25
Rosneftlə BP arasında qaz sahəsində əməkdaşlıq barədə anlaşma imzalanıb

Bakı. 2 iyun. REPORT.AZ/ Rusiyanın "Rosneft" şirkəti ilə Böyük Britaniyanın BP şirkəti arasında 2019-cu ildən etibarən qaz kəşfiyyatı, satışı, hasilatı və marketinqi sahəsində əməkdaşlıq anlaşması imzalanıb. 

"Report" "Habertürk" saytına istinadən xəbər verir ki, anlaşma iyunun 2-də Sankt-Peterburqda keçirilən iqtisadi forumda "Rosneft" rəhbəri İqor Seçin və BP-nin İdarə Heyətinin sədri Bob Dudley tərəfindən imzalanıb.

Anlaşma çərçivəsində "Rosneft"in hasil etdiyi qazın 2019-cu ildən etibarən BP şirkəti vasitəsilə Avropaya satılması nəzərdə tutulub. Sənəd həmçinin iki şirkətin başqa ölkələrdə maye qaz layihələrində strateji müttəfiqliyinə gətirib çıxaracaq. 

Son xəbərlər

Orphus sistemi