“Rosneft”in xalis mənfəəti 15 % azalıb
Energetika
- 07 dekabr, 2022
- 12:26
Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın ən böyük neft şirkəti - “Rosneft” 591 milyard rubl (təxminən 9,4 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 15 % azdır.
9 ay ərzində şirkət 77,3 milyon ton neft ixrac edib ki, bu da illik müqayisədə 4,8 % çoxdur.
"Rosneft" Almaniyadakı aktivlərinin müsadirə olunması səbəbindən 56 milyard rubl (təxminən 0,9 milyard ABŞ dolları) zərərə uğradığını bəyan edib.
Son xəbərlər
00:36
Foto
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib
Hadisə00:13
Muxtar Babayev BCAW 2026 və CW4 ilə bağlı paylaşım edib
Xarici siyasət23:51
Tramp ABŞ-də Kanadanın "Bombardier" təyyarələrinin satışını dayandırmağa çağırıb
Digər ölkələr23:42
Yağışa görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
İnfrastruktur23:34
Foto
Tovuzda zəncirvari qəza zamanı bir nəfər ölüb
Hadisə23:24
"Oasis"in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb
Digər ölkələr23:01
İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir
Digər ölkələr22:44
Ceffri Hinton: Güclü süni intellekt bəşəriyyətin yox olmasına səbəb ola bilər
İKT22:25