"Rosneft"in rəhbəri neftin qiymətinin aşağı düşməsinə münasibət bildirib

"Rosneft"in rəhbəri neftin qiymətinin aşağı düşməsinə münasibət bildirib Bakı. 14 noyabr. REPORT.AZ/ Neftin qiymətinin aşağı düşməsi, ilk növbədə, İran ətrafındakı vəziyyətin qeyri-müəyyənliyi ilə bağlıdır.
Energetika
14 Noyabr , 2018 17:58
Rosneftin rəhbəri neftin qiymətinin aşağı düşməsinə münasibət bildirib

Bakı. 14 noyabr. REPORT.AZ/ Neftin qiymətinin aşağı düşməsi, ilk növbədə, İran ətrafındakı vəziyyətin qeyri-müəyyənliyi ilə bağlıdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Rosneft"in rəhbəri İqor Seçin Rusiya Prezidenti Vladimir Putinin Sinqapura səfəri zamanı jurnalistlərə bildirib.

"Neftin qiyməti artıq artmaqdadır. Hesab edirəm ki, bu, əsasən, İranla bağlı qeyri-müəyyənlik idi və nəticədə neftin qiymətinin aşağı düşməsinə təsir göstərirdi. İndi isə hər şey düzəlir", - o deyib.

Bundan başqa, İ.Seçin indi neftin qiymətini proqnozlaşdırmağın heç bir məna daşımadığını söyləyib.

"ABŞ Administrasiyası tərəfindən hansı addımların atılacağını, əsas oyunçuların başına nə gələcəyini, Səudiyyə Ərəbistanının hasilatı ilə bağlı hansı qərarlar qəbul ediləcəyini bilmirik. Ona görə də baxarıq, amma biz istənilən şərtlərdə işləməyə hazırıq", - "Rosneft"in rəhbəri deyib.

Son xəbərlər

Orphus sistemi