​"Rosneft"in mənfəəti 46% azalıb

​"Rosneft"in mənfəəti 46% azalıb Şirkətin ilin I yarısında gəlirləri 14,2% azalaraq 2,28 trln. rubl olub
Energetika
15 Avqust , 2016 19:57
​Rosneftin mənfəəti 46% azalıb

Bakı. 15 avqust. REPORT.AZ/ "Rosneft" şirkətinin beynəlxalq maliyyə hesabatı standartlarına əsasən, ilin I yarısında xalis mənfəəti 45,8% azalaraq 103 mlrd. rubl təşkil edib.

"Report" TASS-a istinadən xəbər verir ki, ilin II rübündə isə şirkətin mənfəəti əvvəlki rüblə müqayisədə 6,4 dəfə artaraq 89 mlrd. rubl olub. 

Şirkətin ilin I yarısında gəlirləri 14,2% azalaraq 2,28 trln. rubla düşüb. "Rosneft"in yanvar-iyun ayları ərzində faiz, amortizasiya, vergi öncəsi gəliri 7,3% azalaraq 621 mlrd. rubl təşkil edib.

Son xəbərlər

Orphus sistemi