Rezident əlaqələndirici: "Ekoloji təmiz nəqliyyata keçməklə Azərbaycanda ildə təxminən 1 mln. manata qənaət ediləcək"

Rezident əlaqələndirici: "Ekoloji təmiz nəqliyyata keçməklə Azərbaycanda ildə təxminən 1 mln. manata qənaət ediləcək" Bakı.5 dekabr. REPORT.AZ/ BMT İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) karbon qazının havaya atılmasının azaldılması ilə bağlı işlər aparır.
Energetika
5 Dekabr , 2018 11:17
Rezident əlaqələndirici: Ekoloji təmiz nəqliyyata keçməklə Azərbaycanda ildə təxminən 1 mln. manata qənaət ediləcək
0 : 00
0 : 00

Bakı.5 dekabr. REPORT.AZ/ "BMT İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) karbon qazının havaya atılmasının azaldılması ilə bağlı işlər aparır".

“Report”un məlumatına görə, bunu BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəliyinin səlahiyyətlərini icra edən Alessandro Frekasetti bildirib.

Onun sözlərinə görə, BMTİP və SOCAR-ın məqsədi istixana qazlarının atmosferə atılmasının qarşısını almaqdır: "Bu səbəbdən də BMTİP SOCAR ilə birgə 3 birgə fəaliyyət proqram həyata keçirir. Dünyada iqlim dəyişmələrinin təsiri azalsa 65 mln. yeni iş yerləri yaradılacaq və 12 il ərzində 26 trln. dollar vəsaitə qənaət etmək mümkün olacaq”.

O bildirib ki, BMTİP-nin SOCAR ilə həyata keçirdiyi layihələrdən birincisi SOCAR-ın binalarında enerjiyə qənaətin edilməsidir: "Bura Sumqayıtda yerləşən “Azərikimya” İstehsalat Birliyinin binası və digər binalar daxildir. Bunun sayəsində SOCAR-ın ümumilikdə binalarında 10 min kvadratmetr inzibati ərazidə enerjiyə qənaət etməyə nail olunub".

O xatırladıb ki, BMTİP və SOCAR Ekoparkda Ekodrayvinq layihəsi həyata keçirir: "Hazırda ekodrayvinqdə 600 sürücü təlim keçib. Ekosimulyatorla il ərzində 1000 nəfər sürücü təlim keçə bilər. Azərbaycanın ekoloji təmiz nəqliyyata keçməsi ilə 1500 ton karbon dioksid emissiyasının qarşısı alınacaq, 600 ton yanacağa və ya ildə 1 mln. manata yaxın vəsaitə qənaət olunacaq”.

SOCAR-ın BMTİP ilə həyata keçirdiyi üçüncü layihə Siyəzəndə havaya atılan səmt qazının yenidən istifadəyə verilməsi ilə bağlıdır: "Siyəzən rayonunun 12-yə yaxın kəndində 2 500 nəfər əhalinin yaşadığı, təxminən, 600 ev təsərrüfatı təmiz qazla təmin ediləcək”.

SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə isə bildirib ki, SOCAR 2008-ci ildən başlayaraq havaya 0 emissiya layihəsinə başlayıb: “Hazırda "Neft Daşları" və “Çıraq” yataqlarından gündəlik olaraq 1 mln. kubmetr səmt qazı toplanaraq əhalinin istifadəsinə verilir".

Bundan başqa, R.Hüseynzadə deyib ki, layihə əsasında Siyəzən rayonunda da havaya atılan səmt qazı ətraf kəndlərin əhalisinə istifadə üçün ötürülür.

Son xəbərlər

Orphus sistemi