Yuxarı

​Rəsmi Bakı Azərbaycan, Rusiya və İran arasında enerji dəhlizi yaratmağı təklif edib

İlham Əliyev: Bu dəhgliz üç ölkənin enerji təlabatını və yeni enerji bazarlarına çıxışını təmin edə bilər

Bakı. 8 avqust. REPORT.AZ/ Rəsmi Bakı yeni enerji bazarlarına çıxmaq üçün Azərbaycan, Rusiya və İran arasında enerji dəhlizi yaratmaq təklif edib."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran-Rusiya dövlət başçılarının üçtərəfli görüşündə bildirib.

"Azərbaycan indi elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və ölkənin ixrac potensialı artır. Biz birlikdə etibarlı enerji dəhlizinin formalaşmasına nail ola bilərik. Əminəm ki, birgə səylərimiz nəticəsində biz etibarlı enerji dəhlizi yarada bilərik. Bu dəhgliz üç ölkənin enerji təlabatını və yeni enerji bazarlarına çıxışını təmin edə bilər", - İlham Əliyev diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi