Bu gün Qusar şəhərinin yeni yaşayış massivi adlanan ərazisində qazlaşdırma işləri başa çatdırılıb və 88 fərdi evə mavi yanacağın verilişi təmin olunub.
"Report"un "Azəriqaz"a istinadən verdiyi xəbərə görə, ümumilikdə, massivin qazlaşdırılması üçün 8978 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, fərdi evlərin hər birinə sayğaclar quraşdırılıb.

