Qusar rayonunun Suvacal kəndinə ilk dəfə qaz verilib

Qusar rayonunun Suvacal kəndinə ilk dəfə qaz verilib Bununla bağlı keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər
Energetika
2 Avqust , 2017 13:54
Qusar rayonunun Suvacal kəndinə ilk dəfə qaz verilib

Bakı. 2 avqust. REPORT.AZ/ Qusar rayonunun Suvacal kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. 

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki,140 abunəçisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9 979 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi