Bu ilin II rübündə “Qum dəniz” neft yatağından xam neft hasilatı I rüblə müqayisədə 22% artaraq gündəlik 813 barel təşkil edib.
“Report” xəbər verir ki, bu barədə “Greenfields Petroleum Corporation” məlumat yayıb.
Qeyd olunub ki, hesabat dövründə 12 quyuda təmir işləri başa çatıb və qurular istismara daxil edilib. İyunun sonuna 4 əlavə quyuda təmir işləri davam etdirilib.
II rübdə “Bahar” yatağında gündəlik qaz hasilatının həcmi I rüblə müqayisədə 11% artaraq 20,596 mln. kubfut olub. Hesabat dövründə B182 və B205 saylı quyularda əsaslı təmir işləri yekunlaşıb.
Qeyd edək ki, “Bahar” və “Qum dəniz” yataqlarında əməliyyat aparan “Bahar Energy Ltd.” şirkəti “Greenfields Petroleum”un tam mülkiyyətində olan törəməsidir. Şirkət bu yataqlarda 80% iştirak payına malikdir, qalan 20% isə