Qubanın Qam-qam kəndinə qaz verilib

Qubanın Qam-qam kəndinə qaz verilib Hazırda rayonunun Rustov kəndində tikinti-quraşdırma işləri davam etdirilir
Energetika
124
8 Fevral , 2017 15:16
Qubanın Qam-qam kəndinə qaz verilib

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Quba rayonunun Qam-qam kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib 

"Report" "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildiriib ki, 296 abonenti olan Quba rayonunun Qam-qam kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 215 metr müxtəlif diametrli polietilen, həmçinin ümumi uzunluğu 22 258,5 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 296 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Quba rayonunun Rustov kəndində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqəsinə təbii qazın verilişi təmin ediləcək. 

Son xəbərlər

Orphus sistemi