“Qoşadaş” sahəsində 2 axtarış-kəşfiyyat quyusunun qazılması tövsiyə olunub

“Qoşadaş” sahəsində 2 axtarış-kəşfiyyat quyusunun qazılması tövsiyə olunub “Qoşadaş” sahəsində 3D seysmik işləri yekunlaşıb
Energetika
26 May , 2017 15:14
“Qoşadaş” sahəsində 2 axtarış-kəşfiyyat quyusunun qazılması tövsiyə olunub

Bakı. 26 may. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qoşadaş” sahəsində aparılan 3D seysmik işləri yekunlaşıb.

“Report” xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində keçirilən müşavirədə qeyd olunub.

Həmin sahədə 2 axtarış-kəşfiyyat quyusunun qazılması tövsiyə olunub.

İlkin olaraq Malayziyanın “Petronas” şirkəti ilə axtarış quyusu qazılacaq, sahənin neftliliyi dəyərləndiriləcək.

Qeyd edək ki, ötən il sentyabrın 16-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Malaziyanın “Petronas (E&P) Overseas Ventures SDN. BHD” (“Petronas”) şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qoşadaş” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı, işlənilməsi və karbohidrogenlərin hasilatına dair Anlaşma Memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi