“Qobu” Elektrik Stansiyası ilə bağlı ictimai dinləmələr keçirilib

“Qobu” Elektrik Stansiyası ilə bağlı ictimai dinləmələr keçirilib Abşeron rayonunun Qobu qəsəbəsində tikilən 385 MVt-lıq Elektrik Stansiyası və 330/220/110 kV-luq yarımstansiyanın ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib.
Energetika
24 Sentyabr , 2020 10:27
“Qobu” Elektrik Stansiyası ilə bağlı ictimai dinləmələr keçirilib

Abşeron rayonunun Qobu qəsəbəsində tikilən 385 MVt-lıq Elektrik Stansiyası və 330/220/110 kV-luq yarımstansiyanın ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib.

Bu barədə "Report"a "Azərenerji" ASC-nin  İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.

Onun sözlərinə görə, ictimai dinləmədə Ekologiya və Təbii Sərvətlər və Səhiyyə Nazirliklərinin yerli idarələrinin nümayəndələri, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun, “BCC Group” tikinti şirkətinin, Qobu bələdiyyəsinin sədri və qəsəbə sakinləri iştirak ediblər. 

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna görə, gücü 300 MVt və daha çox olan elektrik stansiyalarının, eləcə də gücü 220 kV-dan çox olan yüksək gərginlikli elektrik xətlərinin layihələndirilməsi ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərindəndir. Buna görə də 385 meqavatlıq “Qobu” ES və 330/220/110 kV-luq yarımstansiyanın tikinti sənədlərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi baxaraq rəy verməlidir.

Qanunda nəzərdə tutulan tələblərin yerinə yetirilməsi məqsədilə Qobu enerji layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üçün qəsəbə sakinləri ilə ictimai dinləmələr aparılıb. Qeyd olunub ki, “Qobu” ES-ə tanınmış şirkətlər müsbət rəy verməklə yanaşı, onun tikintisində də iştirak edirlər. Stansiyanın inşası üçün yer seçilərkən ekoloji tarazlıq, qəsəbə sakinlərinin sağlamlığı və digər məsələlər nəzərə alınıb. 

Stansiyanın inşaat işlərinə beynəlxalq nəzarət təmin olunacaq, ekoloji baxımdan əhəmiyyətinə xüsusi diqqət yetiriləcək. Ərazi abadlaşdırılaraq yol və su xətti çəkiləcək, dekorativ agaclar, kol və güllər əkilərək geniş yaşıllıq zonası salınacaq. Generasiya gücünün istismarı isə beynəlxalq ekoloji standartlara tam şəkildə cavab verəcək.

Son xəbərlər

Orphus sistemi