Yuxarı

Qlobal neft bazarında gərginlik artır

OPEC+ anlaşmasının dağılma riski artır
© Report

Bakı. 15 fevral. REPORT.AZ/ Qlobal neft bazarında bəzi ölkələrin neft hasilatını artırmaq istəməsi səbəbindən gərginlik yaranıb.

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, Nigeriya Energetika Nazirliyinin məlumatına görə, yerli şirkətlər 2020-ci ilə qədər hasilatı 250 min barel/gün artırmağı planlaşdırır.

Şirkətlər Nİgeriyanın OPEC+ anlaşmasında iştirak etməsinə baxmayaraq, hasilatı artırmaq istədiklərini bildirib. Belə bir addım atılarsa, digər ölkələrin də kvotadan artıq neft hasilatına başlaması mümkün ola bilər və bu, OPEC+ anlaşmasına təhlükə yaradacaq.

Hollandiya "ING Bank"ının xammal bazarları üzrə strategiya mütəxəssisi Uorren Patterson (Warren Patterson) bildirib ki, əgər Nigeriyanın hasilatı artırmaq imkanı varsa, bunu etməmək üçün səbəb görmürəm: "Nigeriya kvotanı ötərsə, digər hasilatçılar da analoji addım ata bilər. OPEC+ anlaşması nə qədər uzanarsa, o qədər də onun dağılma ehtimalları artır".

Nigeriya ilə yanaşı, İraqın da hasilatın artırılması üçün infrastrukturunu inkişaf etdirdiyi bildirilir. İranın energetika naziri isə bildirib ki, ölkəsi sayılı günlər ərzində hasilatı artırmağa qadirdir. Həmçinin Anqolada yeni quyuların işə başlaması nəticəsində ilin sonuna hasilatın 250 min barel/gün artırılması gözlənilir. Xatırladaq ki, ABŞ-da şist neft hasilatının artması nəticəsində ilin sonuna qədər ölkənin neft hasilatında dünya lideri olacağı ehtimal edilir. Bütün sadalanan amillər qlobal neft bazarının təhlükənin astanasında olduğunu göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi