Bakı. 3 dekabr. REPORT.AZ/ Neftin bir barelinin qiymətinin 70-80 dollar olması istehsalçılar və istehlakçılar üçün məqbuldur.
"Report" xəbər verir ki, bu barədə Qətərin enerji işləri üzrə dövlət naziri Səəd bin Şrida əl-Kəəbi mətbuat konfransında bildirib.
"Hesab edirəm ki, neftin barelinin 70-80 dollara olması həm istehsalçılar, həm də istehlakçılar üçün ədalətli qiymətdir. Qiymətin 70 dollardan az olması dövlətlər və istehsalçıların enerji sektoruna sərmayə ayırmasına mane olur", - nazir deyib.
Bundan əvvəl, o, 57 ildir OPEC üzvü olan Qətərin 2019-cu il yanvarın 1-dən təşkilatı tərk edəcəyini açıqlamışdı.