Qətər maye qaz istehsalını 30% artırmaq istəyir

Qətər maye qaz istehsalını 30% artırmaq istəyir Bu, ölkənin şimalında həyata keçirilməsi planlaşdırılan layihənin hesabına təmin ediləcək
Energetika
1414
4 İyul , 2017 17:23
Qətər maye qaz istehsalını 30% artırmaq istəyir

Bakı. 4 iyul. REPORT.AZ/ Qətər illik maye qaz (LNG) istehsalının həcmini yaxın 5-7 il ərzində 30% artıraraq 100 mln. tona çatdırmağı planlaşdırır. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qətər Neft şirkətinin (QP) yüksək səviyyəli meneceri və Qətər Qaz şirkətinin (Qatargas) idarə heyətinin sədri Saad Şeride əl-Kabi paytaxt Dohada keçirdiyi mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, artım əsasən ölkənin şimalında həyata keçirilməsi planlaşdırılan layihənin hesabına təmin ediləcək. 

"QP ölkənin şimalındakı layihə çərçivəsində gündəlik neft hasilatını da 1 mln. barel artırmağı, bu rəqəmi 6 mln. barelə çatdırmağı planlaşdırır. Təbii qaz hasilatı isə 4 mlrd. kub metr/günə çatdırılacaq və Qətərin dünya qaz hasilatındalı lider mövqeyini daha da möhkəmləndirəcək", - o qeyd edib. 

Hazırda Qətər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) başda olmaqla dünyanın 27 ölkəsinə "mavi yanaca" ixrac edir və qlobal istehlakın 30%-ni təmin edir. 

Son xəbərlər

Orphus sistemi