Qətər Cənubi Koreya ilə qaz ixracına dair yeni müqavilə imzaladı

Qətər Cənubi Koreya ilə qaz ixracına dair yeni müqavilə imzaladı İldə 2 milyon ton LNG tədarükünə 2025-ci ilin yanvar ayından başlanacaq
Energetika
12 İyul , 2021 17:25
Qətər Cənubi Koreya ilə qaz ixracına dair yeni müqavilə imzaladı

Qətərin “Qatar Petroleum” (QP) dövlət neft-qaz şirkəti Cənubi Koreyanın “Korea Gas” (KOGAS) dövlət şirkətilə həmin ölkəyə mayeləşdirilmiş təbii qaz (LNG) ixracına dair 20 illik müqavilə imzalayıb.

“Report” “Prime”a istinadən xəbər verir ki, “Qatar Petroleum”un açıqlamasına görə ildə 2 milyon ton LNG tədarükünə 2025-ci ilin yanvar ayından başlanacaq.

Cənubi Koreya Enerji Nazirliyi müqavilə çərçivəsində LNG tədarükünün sabitləşməsini və ödəniş şərtlərinin daha sərfəli olmasını əlverişi məqamlar olaraq dəyərləndirib.

Qeyd edək ki, 1999-cu ildən Cənubi Koreyaya ildə 9 milyon tondan artıq LNG ixrac edən Qətər həmin ölkənin ən böyük LNG təchizatçısıdır.

Son xəbərlər

Orphus sistemi