"Qərbi Abşeron'' yatağında yeni tikilən özüldə yaşayış bloku hazır vəziyyətə gətirilib

"Qərbi Abşeron'' yatağında yeni tikilən özüldə yaşayış bloku hazır vəziyyətə gətirilib Evciklərin kondisioner sistemi üçün drenaj xətləri çəkilib, su xətləri izolyasiya edilib
Energetika
14 Avqust , 2015 13:37
Qərbi Abşeron'' yatağında yeni tikilən özüldə yaşayış bloku hazır vəziyyətə gətirilib

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ''Azneft'' İstehsalat Birliyinin sifarişi əsasında “Qərbi Abşeron'' yatağında inşası başa çatmaq üzrə olan yeni 20 nömrəli dərin dəniz özülünün yaşayış bloku müasir standartlara cavab verən, ən yeni avadanlıqlarla təchiz olunub. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Tikintisi artıq başa çatmış ikimərtəbəli yaşayış blokunda 2 mühəndis evciyi, 14 fəhlə evciyi, 1 ədəd vaqon duşxana, 1 ədəd paltar yuma və qurutmaq üçün evcik, 2 yeməkxana, 6 kabinalı 1 hamam-duşxana və təlim keçmək üçün 1 vaqon evcik quraşdırılıb.

Evciklərin kondisioner sistemi üçün drenaj xətləri çəkilib, su xətləri izolyasiya edilib. Ərzaq anbarı istifadəyə hazır vəziyyətə gətirilib.

Son xəbərlər

Orphus sistemi