“Qərbi Abşeron'' yatağında yeni quyu istismara verilib

“Qərbi Abşeron'' yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
11 Yanvar , 2016 11:07
“Qərbi Abşeron'' yatağında yeni quyu istismara verilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu günlərdə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 24 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Qirməki Lay Dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul verib.

O, 812-733 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.                               

Son xəbərlər

Orphus sistemi